Den.az » Maraqli » Diqqət çəkmək üçün ilk 5 dəqiqə
    Bölmələr
    Sayğac



    Top 10 Şərhçilər
    Son Şərhlər
    Reklam
    Facebook Profil




    Təqvim
    «    Sentyabr 2014    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    *Seadet: supersiz!    *zema: Salam    *gunaay: salam hamiya    
    
    Diqqət çəkmək üçün ilk 5 dəqiqə
    Bölmə: Maraqli    Müəllif: SELIM   

    Diqqət çəkmək üçün ilk 5 dəqiqə 

    Bir əl çantası almaq üçün Center City mağazasına girdim. Mağazada işləyən gənc, xoşgörünüşlü bir xanım məni gülümsəməylə qarşıladı və soruşdu: "Necə kömək edə bilərəm?”

    İlk baxışda mükəmməl idi və alış-veriş etməyə hazır idim. Mən danışmağa başlayanda, məsul xanım sol əlindəki dırnaqlarıyla sağ əlindəki dırnaqlarını təmizləməyə başladı və alınan nəticələri yerə tökməyə başladı.

    Bu mənzərəyə şahid olan kimi çantalara olan marağım itdi və mağazanı tərk etdim.

    Bir qrup insan onlar üçün, bir insanla tanış olduqları zaman neqativ reaksiya yaradan şeylerin siyahısını sadalamağa başlayarlar:

    • Kirli və dağınıq saçlar

    • Çox makiyaj

    • Pis dırnaqlar

    Siyahı getdikcə uzana bilər, amma hər siyahıdakı ilk maddə baxımlılıqla əlaqəlidir. Baxım geyimdən önəmlidir. Super bir paltarın bütün təsirini baxımsızlıq öldürə bilər.

    Baxımlı olmaq, sizin bildiklərinizdən də önəmlidir. Əslində, dırnaqlarınızın pis və ya qırıq olduğunu hiss edən insan çox güman ki, sizin söhbətinizə qulaq asmayacaq.

    Buna görə də nə danışacağınızdan və nə geyinəcəyinizdən öncə baxımlı olduğunuzdan əmin olun.

    Təmizliyin nə qədər vacib olduğunu deməyimizə hər halda ehtiyac yoxdur. Kişilər üçün baxımsızlıq ilk öncə təraş olunmamış üzdür. Hətta üstünüzdə bir təraş bıcağı gəzdirmək də ela bir fikirdir. Dezodarantdan istifadə etmək şərtdir, ancaq sərt qoxuları olan dezodarantlardan və ağır ətirlərdən uzaq durun.

    Təlafi edin;

    Qadınlar bəzən işə tamamən makiyajsız getməyin onları təbii göstərəcəyi kimi yalnış bir fikirdə olurlar. Bu doğru deyil. Əksinə onları, solğun göstərər. Makiyaj vacibdir və qadınların ilk görünüşünü müsbət edəcək baxım paketi üçün çox vacibdir.

    Makiyajın iki əsas qaydası var;

    · Daha az, daha çoxdur

    · Daha sadə, daha yaxşıdır

    Hər iş xanımı makiyajdan az istifadə etməlidir. Bu uzun saatlar boyunca güzgünün qabağında boya yaxmaq deyil. Gündəlik makiyajınız, beş və ya on dəqiqədən çox çəkməməlidir. Bir mütəxəssisdən makiyaj dərsi almaq özü də çox yaxşı bir fikirdir. Əslində onlar öz məhsullarını özləri satarlar, həm də daha baha qiymətə, lakin bu mağazaya girib lazımsız çox şey almaqdan daha yaxşıdır. Ən yaxşı gözəllik salonlarında makiyaj edən profisionallar var. Məşhur kosmetik firmaların çoxu böyük mağazalarda pulsuz makiyaj edirlər.

    Makiyajınızı ilk bu hərəkətlərlə başlaya bilərsiniz: Üzünüzə bir az tonal krem çəkin, bir az göz kölgəsi, gözləriniz üçün bir az göz qələmi, dodaq qələmi və dodaq boyası, üzünüzün parlaq hissələrinə - alnınızın ortasına, burun kənarlarına və çənənizə ənlik, yanaqlarınıza kirşan və bir az da tuşdan istifadə edin.

    İlk addımı gözlərinizlə başlayın. Gözəllik mütəxəssisləri, qaşlarınızı, gözlərinizi və dodaq cizgilərinizi üzünüzün formasına uyğun şəkilləndirməyinizi məsləhət görür. Məsələn, əgər gözləriniz dairəvi formadadırsa, onda qaşlarınızı və dodaq cizginizi də dairəvi formada etmək daha düzgündür. Eyni ilə bu badamı gözlərə də aiddir. Bu cür etsəniz üzünüzün bütün hissələri simmetrik olacaq və təbii görünəcəksiniz.

    Mövzu dodaq boyası, göz makiyajı və ənliyə gəlincə, gözlərinizin rənginizə uyğun seçməlisiniz. Misal üçün, əgər gözləriniz qəhvəyidirsə - qəhvəyi narıncı və ya qızılı tonlarını və nisbətən də tündləşən qırmızı tonlarını seçməlisiniz. Bənövşəyi və mavi tonlarından uzaq durun.Yox əgər gözləriniz mavidirsə onda - mavi, çəhrayı bənövşəyi, qırmızı rənglərindən istifadə etməlisiniz. Əlvan gül rəngləri və qəhvəyi tonlar ala və yaşıl gözlənizi ön plana çıxaracaq. Qarabuğdayı xanımlar mavi narıncı, qırmızı, ya da qəhvəyi tonları ilə gözəl görünərlər. Ağ dərili xanımlar isə açıq, əlvan, gözə çarpan rənglərdən istifadə etsələr, daha xoş görünər.

    Öz üstünüzdə sınayın. Dərinizin və gözlərinizin rəngləri ilə uyuşan rənglər sizə xoş bir parlaqlıq qazandıracaq. Bütün qüsurlarınızı ört basdır edib gözəlliyinizi ön plana çıxardacaq.

    Saç: Tac ya da Qaç

    Bu ilk və ən önəmli qaydadır. Saçınızın hər zaman təmiz və baxımlı olması vacibdir!

    Qadınlar həmişə qısa və uzun saç arasında qərarsız qalırlar.Məncə, bir qadının saçları təmiz olduqca və çiyinlərindən qısa olmadıqca o xoş görünər. Bir həmkarımın uzun şabalıdı saçları var. İş üçün, arxadan at quyruğu formasında yığır və mükəmməl görünür.Amma əmin olun ki, bu hamımıza yaraşacaq bir stil deyil.

    Çox qadının həm qısa, həm də uzun saçda istifadə edə biləcəyi və çoxda gözəl görünən bir saç kəsimi var - qat-qat kəsim. Bunun üçün isə əvvəlcə saç ustanızla məsləhətləşin.

    Ümumiyyətlə stil qaydası olaraq: üz formanızı yox, üz ölçülərinizi nəzərə almalısınız. Misal üçün balaca sifət artıq saçlarla bağlı və pis görünər. Eləcə də başı və üzü iri olan qadınlar üçün başda saçınızın miqdarı çox önəmlidir.

    Ancaq Hollywood aktrisası deyilnizsə, açıq rəngli saçınızın dibindən çıxan qara saçlar problem olmaz. Əgər saç kökləriniz problem olarsa, göz ardı etməyin, satışda çox sayda saç dibi boyaları var.

    Kişilər üçün üz baxımı:

    Kişilər üçün mümkün olan ən baxımlı üzü ortaya qoymaq, üz təraşı mövzusunda bəzi çətin qərarlara gətirib çıxara bilər. Bir yandan üzdəki tüklər insanı olduğundan daha yaşlı göstərə bilər və batıq çənəni yada ki, incə dodaqları gizlədər. Bir yandan da, bəzi idarəçilər üz tüklərinə məxsusi yanaşırlar. Mümkünsə, üz təraşınızla bağlı bir qərar vermədən əvvəl kimləsə məsləhətləşəsiniz və ya ətrafınızdakı insanlardan nümunə götürəsiniz. Əgər üzünüzdəki hansısa bir qüsuru gizlədirsinizsə və ya üzünüzdəki tüklər üçün bir səbəb varsa, qırxmaya bilərsiniz.Yox əgər qərarsızlıqdandırsa, ən yaxşı variant onlardan xilas olmaqdır. Əgər idman stilində bir təraşa qərar vermisinizsə, onda çox şişirtməyin.Ümumiyyətlə burmabığın axmaq və keçisaqqalının da şeytani göründüyünü fikirləşirəm, amma bu yaxınlarda bu trendlər geri gəlir, özəlliklədə yaradıcı kariyeralar sahəsində daha çox rast gəlinir. Hansı tərzi seçirsinizsə seçin, həmişə baxımlı görünməlisiniz.

    Dırnaqlar

    Hamımız bilməliyik ki, əllərimiz həmişə göz önündə olur. Pis görünüşlü dırnaqlarınıza təzə tanış olduğunuz insan ilk dəqiqələrdə mütləq fikir verəcək. Ən azından özünüzün də öyrənməyiniz üçün heç olmasa bircə dəfə də olsa manikür etdirin. Daha sonralar bunu özünüz də rahatlıqla edə biləcəksiniz. Kişilər manikür etdirməsələr belə, heç olmazsa dırnaqları tez-tez kəssinlər və təmiz saxlasınlar. Bir manikür ustasının mənə öyrətdiyi bir şeyi sizlərlə paylaşıram: dırnağın üstündə əmələ gələn ləkələrin itməsi üçün dırnaqlarınızı limona vəya qreypfruta batırmalısınız.Təsirlidir, həm də ucuzdur, üstəlik dırnaqlar daha sonra da mükəmməl qoxur.Yaxşı dırnaqlar sağlamlığın güzgüsüdür. Dırnaqlar təmiz olmalı, qat-qat olmamalı və dırnaq ətləri dibdən kəsilməlidir. Uzun, qırmızı ya da qara dırnaqlarla "Morticia” görünüşündən qaçın.

    Dəriniz

    Əsas cild baxımını diqqətdən kənar saxlamayın. Qadınlar və kişilər, mütəmadi olaraq dərilərini təmizləməli və ölü dəridən azad olmalıdır. Ümumiyyətlə gündə iki dəfə təmizlənməyi, yuyunmağı və dərinizi nəmləndirməyiniz məsləhətdir. Apteklərdə uyğun qiymətlərə keyfiyyətli məhsullar var. Gün ərzində çoxlu su içmək də dərinin quru görünməsinə əngəl olar.

    Mükəmməl görünmək

    Heçbir şey ümumi görünüşünüzü formada olmaq qədər gözəl edə bilməz.Yaxşı bir idman rejimi təkcə quruluşunuzu yox, şəxsiyyətinizi də inkişaf etdirər. Formada olan insanların daha özünə əmin və işlərində uğurlu olduqları şübhəsizdir. Bu ərəfələrdə aparılan bir araşdırmanı sizlərlə bölüşmək istəyirəm: iş qadınlarının çoxu fiziki baxımdan daha çox formada olurlar və idmanın onların kariyeralarına da kömək etdiklərini deyirlər. İdman təkcə güclü və sağlam qalmağınıza kömək etməz, həm də stres və aqresiyaya qarşıda mükəmməl təsir göstərər. Hər gün çimib daranmaq kifayət deyil. Bu sahədə göstərdiyiniz əmək heç vaxt boşa getməz. Baxımlı olmaq görünüşünüzü mükəmməl etməklə kifayətlənməyib, eyni zamanda sizə heç vaxt itməyəcək bir etibar qazandırar. İnsanlar qalstukunuzun kostyumunuzla uyğun gəlib gəlmədiyini unutduqdan uzun bir zaman sonra belə pis dırnaqları ya da pis edilmiş makiyajı xatırlayacaqlar.

    

    Paylas:   
    • 0
        31-01-2013, 07:07 Baxılıb: 367 Şərhlər: 0
    İnformasiya
    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.